SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı məşğələləri keçirilir

Əlahiddə Ümumqoşun Orduda artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitləri ilə ixtisas hazırlığı məşğələləri keçirilir.
Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində keçirilən məşğələlərdə əsas diqqət artilleriya, reaktiv və tank əleyhinə batareyaların döyüş qabiliyyətinin artırılmasına, zabitlərin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.