Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində hava yağmursuz olacaq

21.02.2021 [14:02]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 7-9° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI