DÜNYA


Nigeriyada təyyarə qəzaya uğrayıb

Nigeriyanın paytaxtı Abuci şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.AZƏRTAC “Vanguard” qəzetinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb. Nəşrin dərc etdiyi fotolarda təyyarənin düşdüyü yerdən qatı tüstü qalxdığı görünür. Zərər çəkənlər barədə məlumat verilməsə də, ölənlər olduğu ehtimal edilir.Reuters agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.