DÜNYA


Əbu-Dabidə “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Milli Sərgi Mərkəzində “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub.AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 900-dən çox şirkəti iştirak edir.Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi sərgidə ilk dəfə İsrail, Lüksemburq, Portuqaliya və Şimali Makedoniya da təmsil olunur. “IDEX” və “NAVEX” sərgilərində müdafiə sənayesi sahəsində texnikanın və innovativ texnologiyaların ən son nailiyyətləri təqdim edilir. Bundan başqa, ölkələr və şirkətlər arasında qarşılıqlı əməkdaşlığa dair danışıqlar da aparılır.Sərgi fevralın 25-dək davam edəcək.