DÜNYA


Pekində əhalinin COVID-19 əleyhinə kütləvi vaksinasiyası başlayıb

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində paytaxt Pekində əhalinin kütləvi vaksinasiyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, 18-59 yaş arasında olan Pekin sakinləri əvvəlcədən müraciət etməklə növbəlilik əsasında ödənişsiz qaydada peyvənd oluna bilirlər. Bu məqsədlə təşkil olunan yüzlərlə müvəqqəti məntəqədə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır