CƏMİYYƏT


Bakıya yağan qarın hündürlüyü 5 santimetrə yaxınlaşıb

Ötən gün axşam saatlarından qarlı və çovğunlu hava şəraiti davam edir. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar Böyük Qafqazın rayonlarında qeydə alınıb. Burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda saniyədə 28, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb. Bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər yüksəlməsinə səbəb olub. Gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.