CƏMİYYƏT


Gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək

Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.