CƏMİYYƏT


FHN Modul Tipli Hospitalla bağlı yayılan əsassız məlumatlara münasibət bildirib

Fövqəladə Hallar Nazirliyi (FHN) koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalla bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, nazirliyin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının qısa müddətdə inşa edilərək istismara verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu virusla mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olub. Paytaxtın Zığ qəsəbəsində yerləşən bu Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rola malikdir.