CƏMİYYƏT


Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” markalı avtomat silah aşkarlanıb

Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində birgə əməliyyat tədbiri həyata keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.