CƏMİYYƏT


Səadət Qədirova: Gənclər kin və qisas hissi ilə yaşamamalı, lakin Xocalını daim yadda saxlamalıdırlar

Dünyanın hər yerində yaşayan azərbaycanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sayəsində bütün beynəlxalq meydançalarda haqq səsinin ucalmasına nail olmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan Respublikasının Ticarət-Sərgi Mərkəzinin direktoru Səadət Qədirova bu fikirləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirdəki çıxışında səsləndirib.