Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qovut - süfrəmizdə baharın ilk müjdəçisi

28.02.2021 [12:48]

Xəbərin mətni

Tovuzun Yuxarı kəndində nənələrimizdən qalma adət-ənənələrimiz, onların Novruz mətbəxi indi də qorunub saxlanılır.AZƏRTAC xəbər verir ki, Novruzun gəlişi təkcə təbiətdə deyil, insanların uzun illər qoruyub saxladığı ənənələrdə də özünü göstərməkdədir. Bahar çərşənbələrində hər evdə sac asılır, buğda-qarğıdalı qovrulur, sonra kirkirədən keçirilir.