Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtomobillərini texniki baxışdan keçirməyənlər cərimələnəcək

01.03.2021 [11:53]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.