CƏMİYYƏT


Cəlilabad rayon sakinlərindən silah-sursat və narkotik maddə götürülüb

Cəlilabad rayon sakinlərindən silah-sursat və narkotik maddə götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Səbuhi Qəfərov Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 78 qramdan artıq heroin və 3 metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən etdiyi sövdələşmə əsasında Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyənləşdirilib. Aparılan əməliyyat tədbiri nəticəsində M.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır