SİYASƏT


“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə reportaj yayımlayıb

Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.