CƏMİYYƏT


Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vüsal Mahmudov 2002-ci ildə Şabranın Ağalıq kəndində anadan olub. Vüsal 44 günlük müharibədə Murov dağı silsiləsində gedən şiddətli döyüşlərdə iştirak edib. 18 yaşlı qəhrəman əsgər oktyabrın 3-də yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.