CƏMİYYƏT


Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda nazirliyin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti təşkilatların, o cümlədən beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır