Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

02.03.2021 [10:37]

Xəbərin mətni

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovunun iştirakı ilə ölkəmizin Türkiyədəki səfirliyində mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətləri mövzusunda məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə Türkiyədə təhsil alan tələbələr iştirak ediblər.