CƏMİYYƏT


Əsirlikdən azad olunan qazimiz doğulduğu Lənkəran şəhərinə gəlib

Erməni əsirliyindən azad olunaraq Vətənimizə gətirilən, bir müddət hospitalda müalicə edilən leytenant Vəliəhəd Şakir oğlu Vəliyev doğulduğu Lənkəran şəhərinə gəlib.AZƏRTAC xəbər verir ki, qəhrəman qazimiz Lənkəranda böyük izdihamla qarşılanıb. Əllərində üçrəngli bayraqlarla cəsur döyüşçümüzü qarşılamağa gələnlər "Ən böyük əsgər, bizim əsgər", "Şəhidlər ölməz, Vətən bölünməz" və "Qarabağ Azərbaycandır!" şüarları səsləndirərək qazimizə minnətdarlıq ifadə ediblər.