DÜNYA


SpaceX şirkəti Ay və Mars səyahəti üçün hazırladığı raketi sınaqdan keçirib

SpaceX şirkətinin Ay və Marsa insan və karqo daşımaq məqsədilə hazırladığı raket sınaqdan keçirilib. Belə ki, Starship SN5 adlı raket 150 metr yüksəkliyə qalxaraq yerə enməyi bacarıb. Texasda aparılan sınaqda raket olduqca yavaş və nəzarət altında qaldırılıb. Bu, əvvəlki sınaqlardan xeyli uğurlu olub. Aparılan sınaqdan sonra bildirilib ki, əvvəlki sınaqlarda müşahidə edilən uğursuzluqları aradan qaldıran Musk hər sınaqda bir az daha irəliləyiş nümayiş etdirir. Qeyd edək ki, raketin ölçüləri olduqca böyük olduğundan dolayı, qalxdıqdan sonra geniş miqyasda toz buludu yaradıb. Əgər layihə uğurlu alınarsa, gələcəkdə bir dəfəyə 100 nəfər və 100 ton karqo Marsa aparıla biləcək.