CƏMİYYƏT


Binəqədi rayonunda velosiped oğruları saxlanılıb

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən oğurluq etməklə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub.