Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Ticarət Təşkilatının ilk qadın rəhbəri işə başlayıb

02.03.2021 [17:02]

Dünya Ticarət Təşkilatının (DTT) ilk qadın baş direktoru Nqozi Okonyo-İveala vəzifəsinin icrasına başlayıb. Nigeriyanın keçmiş maliyyə naziri olan Nqozi Okonyo-İveala həm də Dünya Ticarət Təşkilatına rəhəbrlik edən ilk Afrika nümayəndəsi kimi tarixə düşəcək.
Dünya Bankında 25 illik iş təcrübəsi olan 66 yaşlı Nqozi Okonyo-İveala DTT-nin Baş Şurasında ilk çıxışı zamanı təşkilatda islahatların reallaşması və uğurlu nəticələrə nail olunması üçün bütün bilik və bacarğını yönəldəcəyini deyib. Onun DTT-nin baş direktoru kimi səlahiyyətləri 2025-ci ilin avqustunda başa çatacaq.