Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kür çayında qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib

03.03.2021 [10:07]

Xəbərin mətni

Respublika Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində qanunsuz və qadağan olunan vasitələrlə balıq tutumaqla məşğul olan şəxslərə qarşı reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, keçirilən reyd zamanı Kür çayı sahilində qanunsuz, həmçinin istifadəsinə tamamilə qadağan edilən vasitələrdən istifadə etməklə balıq tutulması prossesinin aparıldığı məlum olub. Xüsusən dövlət tərəfindən istifadəsinə qadağa qoyulan sintentik torlardan istifadə edilməsi faktları aşkarlanıb.