CƏMİYYƏT


Mərdanlı sakinləri ata-baba yurdlarına dönəcəyi günü gözləyirlər

Erməni vandalizminə məruz qalan yaşayış yerlərimizdən biri də Qubadlı rayonunun Mərdanlı kəndidir. Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində kənd artıq öz sahiblərindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vaxtilə insanların firavan, xoşbəxt yaşadığı Mərdanlı kəndi erməni işğalı dövründə xarabalığa çevrilib. Evlər dağıdılıb, tikililərdən geriyə yalnız uçmuş divar qalıqları qalıb.