CƏMİYYƏT


“E-manat” ödəmə terminalını oğurlayan şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər

Binəqədi rayonunda marketlərdən birində quraşdırılan və içərisində 3953 manat məbləğində pul olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Məmməd Kazımov və Emil Həmzəyev “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar.