CƏMİYYƏT


Füzulidən Laçına qədər döyüş yolu keçən şəhid İlqar Həsənov

Hərb meydanında tarix yazan Azərbaycan qəhrəmanları 30 illik Vətən həsrətinə öz qanları bahasına son qoydular. Şərəfli ömür yolu keçən qəhrəmanlar öz igidlikləri ilə qəlblərdə yer saldılar. Belə qəhrəmanlarımızdan olan şəhid İlqar Həsənovu tanıyaq.
AZƏRTAC xəbər verir ki, Həsənov İlqar Nadir oğlu 1990-cı il yanvar ayının 20-də Beyləqan rayonunun Dünyamalılar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanır.