Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda yağış yağacaq

04.03.2021 [14:27]

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.