SİYASƏT


Qazaxıstanın dövlət televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb

Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb.
AZƏRTAC xəbər verir ki, filmin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb.
Filmdə Qarabağ münaqişəsinin tarixinə qısa ekskursiya edilir və qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edib. Lakin münaqişənin davam etdiyi müddətdə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycanın bütün sülh cəhdləri nəticəsiz qalıb.