SİYASƏT


“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb

“France 24” televiziya kanalında “Dağlıq Qarabağa bələdçi ilə səfər: mina təmizləməsi, tikinti və kommunikasiya” adlı reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan hökuməti tərəfindən onlarla jurnalistdən ibarət qrup üçün İkinci Qarabağ müharibəsində azad edilmiş ərazilərimizə bələdçi ilə turun təşkilindən söz açılıb. “France 24” kanalının ölkəmizdəki xüsusi müxbirinin də turda iştirak etdiyi bildirilir. Qeyd edilir ki, kommunikasiyanın məqsədi tur vasitəsilə bölgənin inkişafında hökumətin iradəsini göstərmək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır