Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qəhrəman Ələkbər Əliyevin oğlu: Yarımçıq qalan xoşbəxt günlərimiz yenidən başlayacaq

07.03.2021 [12:41]

Xəbərin mətni

İşğaldan azad edilən Qubadlı rayonuna budəfəki səfərimizdə Milli Qəhrəman Ələkbər Əliyevin övladları da bizimlə idi. Onlar öz ata yurdlarını - İşıqlı kəndini sevinc gözyaşları ilə ziyarət edərək, viran qoyulmuş evlərində şanlı üçrəngli bayrağımızı dalğalandırdılar.