Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyanın bir sıra şəhərlərində koronavirus təhlükəsi ilə əlaqədar “qırmızı təhlükə kodu” elan olunub

08.03.2021 [14:27]

Xəbərin mətni

Rumıniyanın Buxarest, Timiş, Braşov, İlfov və Kluj şəhərlərində koronavirus təhlükəsi ilə əlaqədar qırmızı kod elan olunub.AZƏRTAC xəbər verir ki, Buxarestdə restoranlar, kafelər, barlar müştərilərə yalnız açıq havada xidmət göstərə bilər. Teatrlar, kinoteatrlar, gecə klubları isə bağlanılıb. Şagirdlər yenidən onlayn təhsilə keçiblər.Qeyd edək ki, indiyədək Rumıniyada 825 min nəfər koronavirusa yoluxub.