CƏMİYYƏT


Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə rayonun girişində Tovuzçay körpüsü üzərində qeydə alınıb. Yolun buzlu olması nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə zamanı “Mercedes”də olan 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1995-ci il təvəllüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov, “Toyota”da olan 1976-cı il təvəllüdlü Aytəkin Niyazova, 1976-cı il təvəllüdlü Könul Kərimova və 1972-ci il təvəllüdlü İlqar Quliyev müxtəlif bədən xəsarətləri alıblar.