Qadın güləşçilərimiz lisenziya turnirinə Budapeştdə hazırlaşırlar
09.03.2021 [12:40]
Xəbərin mətni
Qadın güləşçilərdən ibarət yığmamız Macarıstanda təlim-məşq toplanışı keçir.
AZƏRTAC xəbər verir ki, fevralın sonuncu günlərində Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak edən millimiz daha sonra Kiyevdən Budapeştə yollanıb. Martın 18-dən 21-dək həmin şəhərdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Azərbaycan, Macarıstan, Əlcəzair, Moldova, Rumıniya və Bolqarıstan komandaları iştirak edirlər.