DÜNYA


Çində “süni günəş” yaradılıb

Çin yeni nəsil “süni günəş” HL-2M Tokamak nüvə birləşməli reaktoru sınaqdan keçirib. HL-2M Tokamak 150 milyon dərəcədən çox istilik əldə etmək bacarığına malikdir.Belə ki, Çinin Milli Nüvə Birliyi (CNNC) Çinin ən böyük və ən inkişaf etmiş nüvə birləşməli təcrübə tədqiqat cihazı HL-2M Tokamak-ı hidrogen və ağır hidrogen qazlarından istifadə edərək Günəşdə baş verən təbii reaksiyaların simulyasiyasını əldə etmək üçün hazırlandığı açıqlanıb.
Alimlərin güclü təmiz enerji mənbəyi əldə etmək potensialına sahib olduğuna ümid etdikləri HL-2M Tokamak-ın müvəffəqiyyətlə çalışdığı qeyd olunub.
Qeyd edilib ki, Sichuan bölgəsində yerləşən HL-2M Tokamak-ın isti plazmanı birləşdirmək üçün güclü bir maqnit sahəsindən istifadə etdiyini və 150 milyon dərəcədən çox istiliyə çatdığı bildirilib.