CƏMİYYƏT


Son 10 ildə Arazda balıqların ciddi azalması müşahidə edilir

Azərbaycanın ən böyük çaylarından olan Araz həm də zəngin balıq ehtiyatına görə tanınıb. Lakin son illər bu çayda balıqların azalması müşahidə edilir.AZƏRTAC-ın bölgə müxbiri peşəkar balıqçılarla həmsöhbət olub, balıqların azalma səbəbləri ilə maraqlanıb.Zaur İsmayılov və Nail Məmmədov uzun illərdir həvəskar balıqçılıqla məşğuldurlar. Həm də bu sahədə kifayət qədər təcrübəyə malikdirlər. Asudə vaxtlarını balıq tutmaqla keçirən balıqçılar ovçuluq ənənələrinə və qanunlara riayət edirlər. Deyirlər ki, vaxtilə Araz çayında bol balıq olardı. Amma son illər belə deyil.