SİYASƏT


Peter Siyarto: Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib

Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı olaraq qəbul etmişik. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayış təmin olacaq. Əminik ki, vaxtilə torpaqlarından qovulmuş insanlar indi öz ata-baba torpaqlarına qayıdacaq və orada xoşbəxt yaşayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 10-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.