SİYASƏT


“RBK” kanalı: İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib

Rusiyanın “RBK” kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Artyom Potyomkinin müəllifi olduğu reportajda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, İkinci Qarabağ müharibəsinin nəticələri, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri, bu torpaqlarda tarixi abidələrin bərpası və qorunması, Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi gələcək taleyi və digər mühüm məsələlərə toxunulub.