CƏMİYYƏT


DSX: 30 kiloqramadək narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, son günlərdə Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 30 kiloqram olan narkotik vasitənin, psixotrop və güclü təsirli maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fevralın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində şübhəli şəxs qismində saxlanılmış 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Xəlilov Natiq Mais oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 3 kiloqram 87 qram qurudulmuş marixuana, 2 kiloqram 941,4 qram heroin, 730 həb metadon, 120 kapsul preqabalin, 1 kiloqram 945,8 qram metamfetamin, həmçinin 9 millimetr kalibrli “Baredda A6” və 8 millimetr kalibrli “Lord T822” markalı tapançalar aşkarlanaraq götürülüb.