CƏMİYYƏT


Şəhid bacısı: Mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurlu və şərəflidir

Qırx dörd günlük zəfər dolu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Göyçay rayon Şahsoltanlı kənd sakini Ülvi Ağayevdir.AZƏRTAC xəbər verir ki, Ülvi Ağayev müharibənin ilk günlərində döyüşçü kimi ön xəttə gedə bilməsə də, əsgərlərimizə mənəvi dəstək üçün dostları ilə bərabər onların yanına yollanmışdı. Sentyabrın 30-da isə könüllü olaraq ordu sıralarına yazılıb, döyüş əməliyyatlarında iştirak edib.