DÜNYA


Çin yeni nəsil “Böyük yürüş” raketi ilə orbitə eksperimental peyk çıxarıb

Çin yeni nəsil “Böyük yürüş-7A” (“Long march”) raketdaşıyıcısı ilə orbitə eksperimental peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, raketin buraxılışı Çinin cənubundakı Haynan adasında yerləşən Vençan buraxılış məntəqəsindən yerli vaxtla saat 1:51-də baş tutub. Təkmilləşdirilmiş “Böyük yürüş-7A” raketdaşıyıcısı 7 ton yükü geosinxron orbitə qaldırmaq gücünə malikdir. Uzunluğu 60,1 metr olan raket “Böyük yürüş-7” raketindən 7 metr uzundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır