SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.
Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.