CƏMİYYƏT


Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri Zita Zolotoryeva və Şavan Bəşirov saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları məlum olub.