MƏDƏNİYYƏT


Pekində Novruz, Çuncie və Maslenitsa bayramları birgə qeyd olunub

Pekində Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın və Belarusun Çindəki səfirliklərinin birgə təşkilatçılığı ilə müxtəlif xalqların yaz bayramına həsr olunan tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər Azərbaycan və Mərkəzi Asiya xalqlarının Novruz, çinlilərin Çuncie, slavyan xalqlarının Maslenitsa bayramının yazın gəlişini, təbiətin, torpağın oyanışını ehtiva etdiyini bildiriblər. Böyük bir coğrafi ərazidə yaşayan xalqların qeyd etdiyi bu ənənəvi bayramlar həm də həmrəyliyi, sülhü, dostluğu tərənnüm edir.