CƏMİYYƏT


Media orqanlarının rəhbərləri və ictimai fəallar Ağdamda Şəhidlər xiyabanını ziyarət ediblər

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda I Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, I Şəhidlər xiyabanında birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.