SİYASƏT


Naxçıvanda keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunub

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planına əsasən komanda-qərargah təlimi keçirilib.Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır