SİYASƏT


Ceyhun Bayramov: Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir

Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Qarşılıqlı investisiya qoyuluşuna xüsusi diqqət ayrılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır