Ann Linde: İsveç Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir
15.03.2021 [15:50]
Xəbərin mətni
İsveç Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin inkişafı bir çox sahələrdə uğura rəvac verir.AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə martın 15-də baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında deyib.O qeyd edib ki, 44 günlük müharibədən sonra bölgədə yaranan reallıqlar yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına imkan verir.