Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər naziri: Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb

15.03.2021 [16:27]

Xəbərin mətni

Azərbaycan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Hətta hərbi əməliyyatlar zamanı da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin qarşı tərəfə verilməsi üçün müvafiq addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI