CƏMİYYƏT


16 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Sənan Zülfüqarov saxlanılıb.