MƏDƏNİYYƏT


“Mədəniyyətimizin simaları” layihəsinin növbəti buraxılışı Xalq şairi Süleyman Rüstəmə həsr olunub

Mədəniyyət Nazirliyi “Mədəniyyətimizin simaları” layihəsini təqdim edir.Nazirlikdən AZƏTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan, Azərbaycan mədəniyyətinin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan sənətkarların həyat və yaradıcılığına dair qısa videoçarxlar təqdim olunacaq.Bugünkü videoçarx Xalq şairi Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 115 illiyinə həsr olunub.