DÜNYA


Rusiyada yaşayış evində yanğın: 4 uşaq həlak olub

Rusiyanın Krasnoyarsk bölgəsinin Lesosibirsk şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Yanğın ikimərtəbəli 18 mənzilli yaşayış binasında baş verib. İki, beş, on, 17 yaşlı uşaqlar həlak olub, onların nənəsi və on iki yaşlı uşaq yaralanıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərindəki qısa qapanma səbəb ola bilər.